Zelenski bu ölkələri səhv saldı

13-02-2021, 09:56           
Zelenski bu ölkələri səhv saldı
krayna Prezidenti Vladimir Zelenski sosial şəbəkədə Çinlə Nepalı səhv salıb.

“Qafqazinfo” “strana.ua” portalına istinadən xəbər verir ki, dövlət başçısı öz tvitter hesabında Çin xalqını ölkənin Yeni ili münasibətilə təbrik edərkən səhvə yol verib. Prezidentin səhvinə istifadəçilər diqqət çəkib.

“Bütün ukraynalılar və öz adımdan Çin lideri, hörmətli Si Tsinpini və dost Çin xalqını Bahar bayramı münasibətilə təbrik edirəm”, - deyə Zelenski yazıb.

O, təbrik fotosu olaraq Nepalın paytaxtı Katmandudakı Durbar meydanının fotosunu yerləşdirib.

Dövlət başçısı Ukrayna ilə Çin arasında davamlı əməkdaşlığa ümidvar olduğunu da qeyd edib. Sosial şəbəkə istifadəçiləri səhvi göstərdikdən sonra yazı silinərək yenisi ilə əvəzlənib, lakin bu dəfə fotoşəkil dərc olunmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]