MAQATE rəhbəri İrana səfər edəcək

12-09-2021, 00:04           
MAQATE rəhbəri İrana səfər edəcək
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi Tehrana səfər edəcək.

Teref.az-ın məlumatına görə, bu barədə İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bildirib.

O, səfərin sentyabrın 11-i axşam başlayacağını deyib.

B.Kəmalvəndi deyib ki, sentyabrın 12-də MAQATE baş direktoru İran Atom Enerji Təşkilatı rəhbəri Məhəmməd İslami ilə görüşəcək.

Görüşdə İran və MAQATE arasında perspektiv əməkdaşlıq müzakirə olunacaq./apa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]