Gömrükdə 10 gündür toxumluq kartof buraxılmır

28-10-2019, 09:08           
Gömrükdə 10 gündür toxumluq kartof buraxılmır
Ölkəyə gətirilən toxumluq kartof məhsulları 10 gündür ki, Dövlət Gömrük Komitəsi tərəfindən sahiblərinə verilmir. Reportyor.info xəbər verir ki, məlumatı hüquqşünas Təyyar Zülfüqarov “facebook” hesabında yazıb. Bu xəbəri təsdiqləyən fakt isə elə sosial şəbəkədə yayılan bir video materialdır. Füzuli Quliyev tərəfindən yayımlanan videodan görünür ki, gömrük rütbəlisi iş adamının kartof məhsullarını buraxmır. Gömrük əməkdaşı sahibkara bunun səbəbini heç nə ilə izah edə bilmir. Belə aydın olur ki, gömrükdə kartof monopoliyası da var. DGK sədri Səfər Mehdiyev monopoliya olmadığını bildirib. Onun sözlərinə görə, gömrükdə rüşvət və inhisarçılıq yoxdur. Əgər olarsa, istefa verməyə hazırdır. Bir neçə gün qabaq isə prezident İlham Əliyev yeni iqtisadiyyat naziri təyin etdiyi Mikayıl Cabbarovu qəbul edərkən bəyan edib ki, sahibkarlara uzanan o çirkli əllər gərək kəsilsin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]