Bakı AB ilə əməkdaşlıq sənədindən imtina edib?

27-11-2017, 08:17           
Bakı AB ilə əməkdaşlıq sənədindən imtina edib?
Azərbaycanın 24 noyabrda Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammitində Avropa Birliyi ilə əməkdaşlıq sənədi imzalamaqdan imtina etməsi barədə yayılan xəbərin heç bir əsası yoxdur.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə aparılan müzakirələrə qoşulan politoloq Şahin Cəfərlinin sözlərinə görə, əslində belə bir sənədin imzalanması heç gözlənilmirdi.

“Çünki Azərbaycan və AB arasında Strateji tərəfdaşlıq haqqında saziş layihəsinin müzakirəsi hələ yekunlaşmayıb. Assosiasiya sazişinin yerinə bu sazişin imzalanmasını Azərbaycan özü təklif edib. Mətn hələ məlum deyil, açıqlanmayıb”, - politoloq qeyd edib.

Qeyd edək ki, noyabrın 24-ü Brüsseldə Şərq Tərəfdaşlığı üzrə 5-ci sammit start götürüb. Prezident İlham Əliyev də bu sammitdə iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]