Tramp niyə Rusiyaya rüsum tətbiq etmədi? - Ağ Ev səbəbini AÇIQLADI

3-04-2025, 15:49           
Tramp niyə Rusiyaya rüsum tətbiq etmədi? - Ağ Ev səbəbini AÇIQLADI
ABŞ prezidenti Donald Tramp Rusiya, Belarus, Kuba və Şimali Koreyadan olan mallara əlavə ticarət rüsumları tətbiq etməyib, çünki bu ölkələr artıq ABŞ-nin sanksiyaları altındadır.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt bildirib.

O bildirib ki, bu ölkələrə qarşı tətbiq olunan mövcud sanksiyalar kifayət qədər sərtdir və əlavə ticarət məhdudiyyətləri tətbiq etmək planlaşdırılmır.

“Amma Rusiya gələcəkdə daha sərt sanksiyalarla üzləşə bilər”, - o qeyd edib.

Ağ Evin mətbuat katibinin sözlərinə görə, Kanada və Meksikaya yeni ticarət məhdudiyyətləri qoyulmayıb, çünki ABŞ daha əvvəl bu ölkələrə 25 faizlik rüsum tətbiq edib.

Xatırladaq ki, aprelin 2-də Tramp ABŞ-nin idxal olunan mallara 10% minimum gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb. Həmçinin bəzi ölkələr üçün xüsusi tariflər müəyyən edilib. Bu gündən isə ABŞ bütün idxal olunan avtomobillərə 25% gömrük rüsumu tətbiq etməyə başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]