"Həm Ramil Usubovun, həm də Vilayət Eyvazovun Azərbaycan dövləti qarşısında danılmaz xidmətləri var" - deputat

24-06-2019, 10:42           
"Həm Ramil Usubovun, həm də Vilayət Eyvazovun Azərbaycan dövləti qarşısında danılmaz xidmətləri var" - deputat
“Həm Ramil Usubovun, həm də Vilayət Eyvazovun Azərbaycan dövləti qarşısında danılmaz xidmətləri var. Hər ikisi bu yüksək etimada layiqdir”

Bu sözləri Gununsesi.org-a açıqlamasında YAP-çı millət vəkili Siyavuş Novruzov prezidentin Ramil Usubov və Vilayət Eyvazovla bağlı son qərarlarını şərh edərkən deyib.

Siyavuş Novruzov bildirib ki, hər iki şəxsə böyük etimad göstərilib: “Bu günə qədər də bu belə idi. Həm Ramil müəllim, həm də Vilayət müəllim dövlət çevrlişlərinə cəhdlərin qarşısını alıb. Onların bu dövlət, bu xalq qarşısında xidmətləri böyükdür. Mən hər ikisini təbrik edirəm”.

Əli Nağıyevin DTX rəisi təyin edilməsinə gəldikdə S. Novruzov bildirib ki, o bu sahənin adamı idi: “Ona görə də onun Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin edilməsi cəmiyyətdə də müsbət qarşılandı. Prezident onu bu posta gətirərkən, peşəkarlığını nəzərə alıb. Ona görə də cənab prezident ona böyük etimad göstərdi”.

S.Novruzov yeni DTX rəisini təbrik də edib: “Mən də öz növbəmdə Əli Nağıyevi bu təyinatı münasibətilə təbrik edirəm. Çətin və məsuliyyətli işində uğurlar arzu edirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]