Aleksandr Novak:"Rusiya - Azərbaycan - İran dəmiryolu xətti birləşdiriləcək"

19-06-2019, 00:00           
Aleksandr Novak:"Rusiya - Azərbaycan - İran dəmiryolu xətti birləşdiriləcək"
Rusiya, Azərbaycan və İran arasında dəmir yolu xəttinin birləşdirilməsi layihəsi həyata keçiriləcək.

Bu barədə Rusiya ilə İranın iqtisadi və ticari əməkdaşlığına dair hökumətlərarası komissiyasının İsfahanda keçirilən 15-ci iclasında Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

O, bu məsələyə dair üç ölkə arasında görüşün gözlənildiyini qeyd edib.

Rusiya ilə İran şirkətlərinin Xəzərdəki neft-qaz yataqlarının birgə istismarına dair bəzi təkliflərinin olduğunu qeyd edən nazir məsələnin hələlik müzakirə mərhələsində olduğunu qeyd edib.

Rusiya ilə İran arasında kənd məhsullarının dəniz yolu ilə daşınmasına başlamağın nəzərdə tutulduğunu qeyd edən rusiyalı nazir bu ilin 21 mart – 20 aprel dövründə İrandan Rusiyaya ixracatın ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz, Rusiyanın bu ölkəyə ixracatının isə 62 faiz azaldığını diqqətə çatdırıb/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]