"Siyavuş Novruzova deyin ki, deputat olmurlar, seçilirlər...”

30-04-2019, 00:01           
"Siyavuş Novruzova deyin ki, deputat olmurlar, seçilirlər...”
“Biri hörmətli Siyavuş müəllimə desin ki, normalda deputat olmurlar, deputat seçilirlər. Oğlu yeni nəsil nümayəndəsidir, o yəqin ki, deputat olmaq yox, deputat seçilmək istəyir”.

Bunu ekspert Natiq Cəfərli millət vəkili Siyavuş Novruzovun “oğlum deputat olmaq istəyir” ifadəsinə cavabında deyib.

N. Cəfərli fikrinə belə davam edib: “Br də onu deyin ki, deputat peşə, sənət deyil, seçkili təmsilçilikdir, əvvəl insan gərək oxusun, öyrənsin, özünə sənət, peşə qazansın, peşəkər olsun, ictimai rəydə önə çıxsın, cəmiyyətə dolğun, düzgün, düşündürücü mesajlar versin, sonra isə deputat seçkilərinə qatılıb cəmiyyət arasında topladığı nüfuzu səsə, dəstəyə çevirməyə çalışsın. Yəni dağdan düşüb deputat seçilmək mümkün deyil, amma deputat təyin edilmək, yəni olmaq mümkündür”. \\Yeni Sabah












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]