Prezident Administrasiyasının rəhbəri istefa verdi

20-04-2019, 00:00           
Prezident Administrasiyasının rəhbəri istefa verdi
Gürcüstanın Prezident Administrasiyasının rəhbəri Laşa Jvania istefa verib.

Report xəbər verir ki, L.Jvania vəzifəsindən azad olunması ilə bağlı dövlət başçısı Salome Zurabişviliyə mart ayında müraciət edib. O, mayın 1-dən etibarən vəzifəsini tərk edəcək.

Qeyd edək ki, L.Jvania 2018-ci ilin dekabrında Gürcüstan Prezident Administrasiyasının rəhbəri təyin olunub. O, indiyədək Gürcüstan Patriarxlığı Fondunun rəhbəri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]