Brilliant Dadaşova: “Bacılarım möhtac qalmasın deyə bağımı, Türkiyədəki evimi satdım”

Bu gün, 00:03           
Brilliant Dadaşova: “Bacılarım möhtac qalmasın deyə bağımı, Türkiyədəki evimi satdım”
Xalq artisti Brilliant Dadaşova bacılarının maddi çətinliklər yaşamaması üçün əlindən gələni etdiyini açıqlayıb.

Tribuna.az xəbər verir ki, sənətçi son müsahibəsində bu barədə danışarkən göz yaşlarını saxlaya bilməyib.

Brilliant Dadaşova bacılarının heç vaxt kiməsə möhtac qalmasına imkan verməyəcəyini bildirib. O, hətta onların maddi ehtiyaclarını qarşılamaq üçün şəxsi mülklərini satdığını da etiraf edib:

“Sədaqət Dadaşovanın mənim kimi bacısı var. Mən heç vaxt qoymaram ki, mənim bacılarım kiməsə möhtac olsunlar. Bu, mümkün olan şey deyil.

Pandemiya dövründə bağımı, daha sonra Türkiyədəki evimi də satmışam. Mən yenə sonuncu qəpiyimə qədər sataram, amma qoymaram ki, mənim bacılarım kiməsə möhtac olsunlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]