İki mühüm fiqur "VURULACAQ" - Ova gedərkən özü də ovlana bilər...

13-11-2018, 12:01           
İki mühüm fiqur "VURULACAQ" - Ova gedərkən özü də ovlana bilər...
Gömrük Komitəsində mühüm dəyişikliklər gözlənilir. Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib. xəbəri verən qaynağın bilgilərinə görə, DGK sədri Səfər Mehdiyev bu günə qədər sözügedən sistemin avtoritetlərindən hesab olunan daha iki mühüm vəzifəli şəxsi hədəfə alıb və onlarla yaxın günlərdə yollarını ayıracaq.

Mənbənin dia.az-a söylədikləri: "Səfər Mehdiyev əslində DGK-da öz hakimiyyətinin formalaşdırır. Hələlik ona belə bir şans tanınıb. Amma hədəfləri daha yuxarı instansiyaların maraqları ilə toqquşarsa, vəziyyəti mütləq gərginləşəcək. Və bəlli niyyətindən də hiss olunur ki, Səfər Mehdiyev bu dəfə daha iri dairələrlə savaşa girmək istəyir. Amma burada bir məsələ əks oluna bilər: ova gedərkən ovlanma məsələsi... Yəni adlarını çəkmədiyimiz hər iki fiqur gömrük sisteminin əsas elitasını təşkil etdiklərindən Səfər Mehdiyevin onlarla çək-çevirə girişməsi daha çox DGK sədrinin özünə zərər vuracaq".

Qeyd edək ki, DGK sədrinin yeni hədəfləri ilə bağlı dia.az-da müəyyən bilgilər var. Bəzi araşdırmalardan sonra onların kimliyini diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin...

Xatırladaq ki, Səfər Mehdiyev son prezident seçkilərindən sonra DGK sədri postunda Aydın Əliyevi əvəzləyib. Və gəldiyi ilk gündən gömrükdə sırf öz maraqları naminə dəyişikliklər etməsi ilə diqqətləri çəkməkdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]