İpoteka kreditləri üçün müraciət edənlərin nəzərinə - Sabahdan...

31-01-2023, 15:31           
İpoteka kreditləri üçün müraciət edənlərin nəzərinə - Sabahdan...
Fevralın 1-də saat 10:00-dan Azərbaycanda adi ipoteka kreditləri, fevralın 2-də, saat 10:00-dan isə güzəştli ipoteka kreditləri üzrə müraciətlərin yenidən qəbuluna başlanılacaq.

Bu barədə İpoteka, Kredit və Zəmanət Fondu məlumat yayıb.

Məlumata görə, “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülüb. İpoteka kreditlərinin verilməsi şərtləri və üzəştli ipoteka kreditlərindən faydalana biləcək şəxslərin siyahısı barədə məlumatları Fondun internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə etmək olar. /bakupost.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]