Molla rejiminin hərbi qüvvələrinə zərbələr endirildi - VİDEO

30-01-2023, 10:15           
Molla rejiminin hərbi qüvvələrinə zərbələr endirildi - VİDEO
Suriya-İraq sərhədindəki Əlbu-Kamal bölgəsində iranyönlü silahlı qruplaşmalara məxsus 25 yük avtomobili hücuma məruz qalıb.

Bizim.Media-nın məlumatına görə, Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi əl-Ərəbiyyə şəbəkəsi naməlum mənbələrə istinadən bildirib ki, zərbədən əvvəl yük maşınları İraqdan Suriyaya keçib.

Suriyanın “Şam FM” radiostansiyası və digər yerli KİV-in məlumatına görə, altı soyuducu yük maşını vurulub.

Həmçinin qeyd olunub ki, yük maşını sürücülərinə hücumdan əvvəl ərazini tərk etmələri üçün xəbərdarlıq atəşi açıb. İranın İraqdan və Suriyadan Livanın Hizbullah terror qruplaşmasına tez-tez yük maşınları ilə silah göndərdiyi güman edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]