Paşinyanı dezinfeksiya etmək istəyənlər saxlanıldı - VİDEO

27-04-2022, 12:15           
Paşinyanı dezinfeksiya etmək istəyənlər saxlanıldı - VİDEO
Aprelin 25-dən İrəvanda hakimiyyət əleyhinə kütləvi və fərdi şəkildə etiraz aksiyaları təşkil edilir. AzVision.az xəbər verir ki, yerli media polislərin etirazçılara qarşı güc tətbiq etdiyini yazır. İrəvanda tələbələr Köçəri rəqsi ilə aksiya keçiriblər - VİDEO Növbəti belə etiraz aksiyası isə hökumət binası qarşısında baş tutub. Bir qrup müxalifətçi dezinfeksiya işçilərinin formasında hökumət binası qarşısına gələrək ora naməlum maddələr səpiblər. Onlar bununla rəmzi mənada hökuməti "viruslardan" təmizlədiklərini göstəriblər.

"Qırmızı beretlilər “Azadlıq hərəkatı” üzvlərinə qarşı güc tətbiq edərək, onlardan bəzilərini həbs ediblər. Xatırladaq ki, etirazçılar hökumət binasının yaxınlığındakı ərazini dezinfeksiya etmək istəyiblər. Polis isə “Azadlıq hərəkatı”nın üzvü Ara Zöhrabyanla söhbətində aksiyanın məhdudlaşdırılmasına özünəməxsus şəkildə bəhanə göstərib. Onlar “Sizdə ətrafa səpdiyiniz naməlum maddələr var idi. Onun nə olduğunu bilmirdik” deyib", - məqalədə yazılıb.

Xatırladaq ki, “Hayastan” müxalifət bloku aprelin 25-dən İrəvanda müddətsiz etiraz aksiyalarına başlayıb. Baş nazir Nikol Paşinyanın Qarabağla, Azərbaycanla aparılan danışıqlar prosesi ilə bağlı bir neçə rezonans doğuran bəyanatından sonra etiraz aksiyalarında fəallıq yarandı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]