Ukrayna SQ Baş Qərargahının əməliyyat məlumatı: Rus ordusu Xarkova hücuma keçib

27-04-2022, 10:31           
Ukrayna SQ Baş Qərargahının əməliyyat məlumatı:
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı aprelin 27-də səhər saat 6:00-a olan əməliyyat məlumatında Facebook-da məlumat yayıb.
Məlumata görə rus ordusu Xarkov vilayətində hücuma keçib.

Belqorod vilayətinin yaşayış məntəqələri ərazilərində düşmən “İsgəndər-M” OTRK-nın iki raket divizionunu yerləşdirib.

İzyum istiqamətində ruslar irəliləməyə çalışır.

İşğalçı ordu 76-cı Hava Desant Diviziyasından iki tabor taktiki qrupunu Belqorod vilayəti ərazisindən İzyum şəhərinə köçürüb.

Məlumatda həmçinin bildirilir ki, İzyum istiqamətində Şərq Hərbi Dairəsinin 1-ci Tank Ordusu, 20-ci Əlahiddə Ümumqoşun Ordusu, Qərb Hərbi Dairəsinin 35-ci Əlahiddə Ümumqoşun Ordusu və 68-ci Ordu Korpusu ilə hava desant qoşunlarının bölmələri Barvenkovo ​​istiqaməti hücum əməliyyatları aparır.

"Düşmən Bolşaya Kamışevaxa qəsəbəsinin şimal-şərq kənarını ələ keçirib, həmçinin Zavodı qəsəbəsini də nəzarətə götürüb", - deyə məlumatda bildirilir.
Mənbə: Moderator.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]