Kadırov onların yerini deyənə 1 milyon dollar veriləcəyini AÇIQLADI

26-04-2022, 08:45           
Kadırov onların yerini deyənə 1 milyon dollar veriləcəyini AÇIQLADI
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov "Şeyx Mənsur və Dudayevin batalyonları"nın yeri barədə məlumat verənə milyon dollar mükafat veriləcəyini açıqlayıb.

Teref.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bu barədə özünün teleqram kanalında qeyd edib.

"Bu Şeyx Mənsur və Dudayev adlanan batalyonun harada yerləşdiyini deyən hər kəsə bir milyon dollar (bağışlamağa hazır olan xeyriyyəçi var) elan edirəm... Onları əldən verməməliyik, məhv etməliyik. Diz çöküb bütün müsəlmanlardan bağışlanma diləməli və ya başları getməlidir", - Kadırov audiomüraciətində bildirib.

Qeyd edək ki, Ukraynada Kadırovun legitimliyini qəbul etməyən çeçenlər "Şeyx Mansur batalyonu" və "Cahar Dudayev batalyonu" yaradaraq ruslara qarşı döyüşürlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]