İlk dəfə Rusiya şirkəti Buça qətliamını araşdırmağa çağırır

8-04-2022, 11:32           
İlk dəfə Rusiya şirkəti Buça qətliamını araşdırmağa çağırır
“Rusal” Ukraynada hərbi cinayətlərin araşdırlımasına çağırış edən ilk Rusiya şirkəti olub.

Təsisçisi Oleq Deripaskadan və bir çox digər iri Rusiya ixracatçılarından fərqli olaraq, “Rusal” sanksiyalar altında deyil. Müharibə və dünya ictimaiyyətinin ona reaksiyası şirkətin tədarük zəncirlərinə ziyan vurdu.

“Ukraynanın Buça şəhərindən gələn xəbərlər bizi mütəəssir etdi. Hesab edirik ki, bu cinayət hərtərəfli araşdırılmalıdır. Davam edən informasiya müharibəsi kontekstində nə qədər ağır görünsə də, biz bu cinayətin obyektiv və qərəzsiz araşdırılmasının tərəfdarıyıq və günahkarların ciddi şəkildə cəzalandırılmasını tələb edirik”, - deyə “Rusal”ın direktorlar şurasının sədri Bernard Zonneveld bildirib.

Şirkət həmçinin “dəyərli insan həyatını xilas etmək və normal həyata qayıtmaq üçün münaqişənin tezliklə sülh yolu ilə həllinə” çağırır.

Eyni zamanda, aprelin 6-da yenidən yayılan bəyanatda Buça hadisələri ilə bağlı bu və ya digər tərəfə qarşı konkret ittihamlar yoxdur.

Kiyev Rusiya qoşunlarını dinc sakinləri öldürməkdə ittiham edir, Moskva isə bu ittihamları ardıcıl olaraq rədd edir.ixu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]