“Şəhərdə ukraynalıların meyitləri yoxa çıxmağa başlayıb” - Mariupol meri

8-04-2022, 00:02           
“Şəhərdə ukraynalıların meyitləri yoxa çıxmağa başlayıb” -
Mariupolda ukraynalıların meyitləri yoxa çıxmağa başlayıb. Bu barədə şəhər meri Vadim Boyçenko bildirib. Onun sözlərinə görə, Rusiya ordusu bu yolla şəhərdə törətdiyi cinayətləri gizlətməyə çalışır.

Mer həmçinin əlavə edib ki, düşmən tərəfindən öldürülənlərin sayı azı 5000-dir.

“Martın 21-nə olan məlumata görə, şəhərdə ölənlərin sayını hesablamaq mümkün olanda bu rəqəm dəhşətli idi: beş min nəfər düşmən silahlarından həlak olub”, - deyə o bildirib.

Boyçenko onu da vurğulayıb ki, şəhərdə hələ də kömək istəyən 100 mindən artıq yerli sakin var.

“Bizə Mariupol sakinlərinin tam təxliyəsi lazımdır. Şəhərimiz uğrunda döyüşən hərbçilərimizi xilas etmək lazımdır. Ən azı, bir neçə günlük sükut rejiminə ehtiyacımız var”, - deyə Mariupol meri vurğulayıb. (Mənbə: Segodnya)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]