“Taliban” Əhməd Şah Məsudun məzarı üstündən videomüraciət yaydı - VİDEO

15-09-2021, 00:01           
“Taliban” Əhməd Şah Məsudun məzarı üstündən videomüraciət yaydı - VİDEO
“Taliban” Əhməd Şah Məsudun Pəncşirdə yerləşən məzar daşını bərpa edib.

Bu gün bir qrup “Taliban” silahlısı məzarın qarşısında dayanaraq ictimaiyyətə müraciət ediblər.

Onlar iddia ediblər ki, məzar daşının və onun üzərində olan yazılı şüşənin dağıdılmasının “Taliban”la heç bir əlaqəsi yoxdur və bu əməl bir qrup fanatik tərəfindən törədilib.

“Biz Əfqanıstan İslam Əmirliyinin mücahidləri olaraq məzarı bərpa etdik. Özünüz şahidsiniz ki, biz hazırda məqbərənin daxilindəyik. Məzar daşı və onun üzərində olan şüşə lövhə bərpa edilib. Biz o şüşəni sındırmamışdıq. Bu əməli Əhməd Şaha qarşı ədavəti olan şəxslər etmişdi”, - deyə videoda danışan “Taliban” üzvlərindən biri söyləyib.

Mənbə: “Sputnik” Əfqanıstan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]