Azərbaycanda polis həmkarını GÜLLƏLƏDİ

13-05-2019, 17:55           
Azərbaycanda polis həmkarını GÜLLƏLƏDİ
Daşkəsən Rayon Polis Şöbəsində polis ehtiyatsızlıqdan öz həmkarını güllələyib.

Unikal.org ONA-ya istinadən xəbər verir ki, hadisə şöbənin silah otağında qeydə alınıb. Polis serjantı, 1996-cı il təvəllüdlü Şamxal Mikayılzadə “Makarov” markalı silahla ehtiyatsız davranması nəticəsində atəş açıb və güllə onun həmkarı, polis serjantı, 1993-cü il təvəllüdlü Ceyhun Həsənovun ayağına dəyib.

Faktla bağlı araşdırma aparılır.
0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]