DƏHŞƏTLİ HADİSƏ: 30 yanğınsöndürən yanaraq öldü

2-04-2019, 12:43           
DƏHŞƏTLİ HADİSƏ: 30 yanğınsöndürən yanaraq öldü
Çində bir neçə gündür başlayan meşə yanğınlarını söndürməyə çalışan yanğınsöndürənlər alovların arasında qalıb.
Teref.az publika.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 30 yanğınsöndürən yanaraq ölüb.
Belə ki, yanğın şənbə günü Siçuan əyalətinin Muli bölgəsində başlayıb. Təxminən 4 min metr metrə qalxan alovların söndürülməsi üçün iki helikopter cəlb edilib. Əraziyə göndərilən 700-dən çox yanğınsöndürən isə yerdən yanğının söndürülməsinə çalışıb. Ərazidə qəfildən küləyin istiqaməti dəyişib, 30 yanğınsöndürən təhlükə ilə üz-üzə qalıb. Belə ki, onlar alovların arasında qalıb. Yanğınsöndürənlərin cansız bədənləri artıq ərazidən çıxarılıb. Yanğının çox yüksəklikdə olması ətrafdakı yaşayış məntəqələri üçün təhlükəni azaldır.
Ölkənin Şanxi əyalətində baş verən digər yanğın isə nəzarət altına alınıb. 9 min nəfər evindən təxliyə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]