Xalq şairinin oğlu vəfat etdi

28-03-2019, 11:27           
Xalq şairinin oğlu vəfat etdi
Azərbaycanın Xalq şairi, mərhum söz ustadı Osman Sarıvəllinin oğlu vəfat edib.

Osman Sarıvəllinin Türkiyədə yaşayan oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, professor Babək Qurbanov dünyasını dəyişib. Onun nəşi ata yurdu olan Qazax rayonuna gətirilib.

Qeyd edək ki, Xalq şairinin oğlu uzun illərdir Türkiyənin Qaziantep Universitetində elmi fəaliyyətlə məşğul olub.

O, bu gün dədə-baba yurdu İkinci Şıxlı kəndində dəfn olunacaq. /publika.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]