Kolumbiyalı ailə “Dünyanın Ən Yaxşı Kulinariya Kitabı”na görə mükafat aldı

6-12-2021, 08:26           
Kolumbiyalı ailə “Dünyanın Ən Yaxşı Kulinariya Kitabı”na görə mükafat aldı
Parisdə “Qurman” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Kolumbiyalı qadın və qızı dünyanın ən yaxşı kulinariya kitabına görə mükafat alıblar.

Xanımlar kitabı “Envueltos” adlandırıblar.

Onlar dörd il əvvəl ölkəni gəzmək və ənənəvi reseptləri toplamaq qərarına gəliblər. Beləcə içərisində 300 resept olan bir kitab alınıb.

Qeyd edək ki, “Envueltos” Latın Amerikasının əksər ölkələrində hazırlanan rulet formalı bir təamın adıdır. O, xəmirdən və ya qarğıdalı, banan, düyü nişastası kütləsindən donuz əti, toyuq əti, lobya və ya tərəvəz olmaqla müxtəlif içliklərlə hazırlanır. Yemək daha sonra qarğıdalı qabıqlarına, yaxud da digər yarpaqlara bükülür və adətən buxarda bişirilir.

Mənbə: “The Guardian”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]