Daha bir süpürgəçini maşın vurdu

1-01-2019, 13:35           
Daha bir süpürgəçini maşın vurdu
Gəncədə Təmizlik İdarəsinin işçisini avtomobil vurub.

Teref.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Şəhər sakini, Təmizlik İdarəsinin işçisi, 1952-ci il təvəllüdlü Şərifova Gülçöhrə yolu süpürən zaman avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]