Meksikada avtobus qəzaya uğradı: 9 ölü, onlarla yaralı

31-12-2018, 09:30           
Meksikada avtobus qəzaya uğradı: 9 ölü, onlarla yaralı
Meksikada avtobusun iştirakı ilə baş verən qəza nəticəsində 9 nəfər ölüb.

Trend-in məlumatına görə, hadisə nəticəsində onlarla insan yaralanıb. Qəza Leon şəhərində baş verib. Avtobus aşıb və dərəyə düşüb. Ümumilikdə avtobsun salonunda 68 nəfər olub, onların 59-u müxtəlif dərəcəli xəsarətlər alıb.

Ölənlər arasında hamilə qadın, körpə və 14 yaşlı qız var. Yaralananlardan 7-nin vəziyyəti ağırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]