"Air France" yenidən İsrail və Livana uçuşları dayandırıb

26-08-2024, 00:10           
"Air France" yenidən İsrail və Livana uçuşları dayandırıb
"Air France" Hizbullah hərəkatı ilə İsrail ordusu arasında son qarşıdurma fonunda yenidən İsrail və Livana uçuşları dayandırdığını elan edib.

Bu barədə "Agence France-Presse" şirkət nümayəndəsinə istinadən xəbər verir.

"Beyrut və Təl-Əvivə uçuşlar ən azı avqustun 26-dək dayandırılıb. Bu gün və sabaha planlaşdırılan uçuşlar ləğv edilib", - məlumatda qeyd olunub.

Növbəti uçuşlarla bağlı daha ətraflı məlumat bazar ertəsi günü veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]