Lukaşenkonun səsi batdı – İclası pıçıltı ilə keçirib
21-12-2023, 18:44
Belarus prezidenti Aleksandr Lukaşenkonun səsi batıb.
“AzPolitika.info” xəbər verir ki, buna baxmayaraq o, qiymətlərin tənzimlənməsi və qiymətə nəzarət sisteminin təkmilləşdirilməsi ilə iclası ləğv etməyib. Yerli sosial şəbəkədə yayılan videoda Lukaşenkonun iclası pıçıltı ilə keçirdiyi görünür.
“Səs yoxdur, ona görə də görüşü pıçıltı ilə keçirəcəyik”, - Belarus lideri bildirib.
Xatırladaq ki, may ayında Lukaşenko adenovirusdan əziyyət çəkdiyini, lakin o, ölmək fikrində olmadığını bildirib.