Gürcüstan prezidenti: "Bu, Rusiyanın qələbəsi olacaq"
30-10-2023, 20:36
Gürcüstan prezidenti Salome Zurabişvili hesab edir ki, Avropa İttifaqı Tiflisə siyasi birliyə üzv olmaq üçün namizəd statusu verməsə, bu, Rusiya üçün böyük qələbə olacaq.
Qaynarinfo xəbər verir ki, prezident bu barədə "CBS News"a müsahibəsində danışıb.
Zurabişvili həmçinin bildirib ki, Birləşmiş Ştatlar tərəfindən Vaşinqtonun Tiflisin Avropa İttifaqına namizədliyini dəstəklədiyinə dair müəyyən ictimai etirafa ehtiyac var.