Dünya Bankı Ukraynaya dəstək və bərpa fondu yaratdığını elan edib
18-12-2022, 09:25
Dekabrın 16-da Dünya Bankı Ukrayna hökumətinin çoxtərəfli dəstəklənməsi fondunun yaradıldığını elan edib - indiki müharibə şəraitində dövlətin kritik mühüm tələbatlarının təmin olunması və bunun ardınca ölkənin bərpasını təmin etmək məqsədilə.
«Ukrayna üzrə dəstək, bərpa və yenidənqurma məqsədli fondun (URTF) rəhbərliyini Dünya Bankı həyata keçirəcək, hökumət tərəfindən maliyyələşdirmənin koordinasiya olunmuş mexanizmlərini və dəstəyi göstərəcək» - təşkilatın mətbuat xidmətinin xəbərində deyilir («UNİAN»).
Fond həm də əhaliyə kritik mühüm məsləhətləşmə və analitik işlərin görülməsinə resurs cəlb olunmasını təmin edəcək - müharibə şəraitində və ölkənin bərpası işlərində əhaliyə kömək göstərməyi qarşıya məqsəd qoyub.