Ermənistanla Rusiya arasında nə baş verir? - Putinə Yerevanda hörmətsizlik - Video

3-10-2019, 00:00           
Ermənistanla Rusiya arasında nə baş verir? - Putinə Yerevanda hörmətsizlik - Video
Rusiya prezidenti Vladimir Putin 3 il aradan sonra Ermənistana səfər edib.
“Yeni Sabah” “Haber Global”a istinadən xəbər verir ki, iki ölkə arasındakı problemlər həm kameralarda, həm də mətbuat konfransındakı suallarda özünü əks etdirib.

Putinin Ermənistana zirvə görüşündən bir neçə saat öncə gəlməsi və ziyarətini çox qısa zamanda bitirməsi diqqəti cəlb edib. Ziyarətdə Rusiya ilə Ermənistan arasındakı gərginlik aydın görünüb. Putinin məsafəli şəkildə Paşinyana yanaşdığı diqqətlərdən qaçmayıb.

Xəbərdə bildirilib ki, Paşinyanın Putini təyarəyə qədər yola salması və onunla səmimi görüşməsinə baxmayaraq Rusiya prezidentinin soyuq hərəkətləri kameralardan yayınmayıb.

Putin səfər öncəsi keçmiş prezident Robert Koçaryanın sərbəst buraxılmasını istəsə də, bu yerinə yetiriliməyib. Rusiya prezidenti isə Koçaryanın həyat yoldaşı ilə Rusiya səfirliyində görüşüb.

İki ölkə arasındakı digər bir problem isə, maye qazla bağlıdır. Belə ki, Rusiya ötən il Ermənistana satdığı qazın qiymətini qaldırıb. Erməni mətbuatı qazın qiymətinin 30% artırılacağını yazır.

Qeyd edək ki, Putin üçün bu ziyarətin gərgin keçməsinin digər bir səbəbi isə gürcü jurnalistin "Osetiya və Abxaziyadan nə vaxt çıxacaqsınız?" sualı olub.
Video burda:
https://www.facebook.com/HaberGlobal/videos/677341152788022/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]