Azərbaycana saxta düyülər gətirilirmi? - AQTA-dan açıqlama

25-02-2019, 12:17           
Azərbaycana saxta düyülər gətirilirmi? - AQTA-dan açıqlama
Gündəmdə olan mövzulardan biri də saxta düyülərdir. Çinlilər hər şeyin saxtasını hazırladığı kimi, düyülərin də saxtasını hazırlamağa başlayıb. Ekspertlərin fikrincə, həmin düyülərin dadında bir o qədər də fərq hiss olunmur, ancaq sonda bu, insan sağlamlığı üçün ciddi fəsadlar törədir.

Məsələ ilə bağlı AzNews.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə danışıb.

Agentliyin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva bildirib ki, hazırda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət həyata keçirilir.

O həm də "Ölkəyə idxal edilən və ölkədə istehsal edilən düyü məhsulları ciddi yoxlamadan keçdikdən sonra satışa buraxılır. Məhsulların təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı şübhə olarsa, Agentliyin əməkdaşları tərəfindən məhsullardan nümunələr götürülür və Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Yalnız ekspertizanın nəticələri uyğun olduğu təqdirdə həmin qida məhsullarının satış şəbəkələrinə çıxarılmasına icazə verilir. Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Həmçinin satışda saxta düyü olması ilə bağlı hər hansı bir şübhə olarsa, vətəndaşlar konkret faktları göstərməklə Agentliyin 1003 Qaynar xəttinə zəng edib məlumat verə bilərlər. Bununla bağlı dərhal araşdırmalara başlanacaq, plandankənar yoxlamalar həyata keçiriləcək və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunacaq" deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]