"Dövlət televiziyası atanızın mirası deyil!.."- Təbriz şəhər surasından İran dövlət televiziyasına sərt etiraz...
14-09-2026, 15:38
Təbriz şəhər şurasının üzvü Rəsul Bərgi İran dövlət televiziyasının rəhbərliyinə kəskin etirazını bildirib.
Moderator.az xəbər verir ki, bu haqda "Azad İran" telegram-kanalı məlumat yayıb.
Bərgi dövlət televiziyasının fəaliyyətini və yerli kanalların siyasətini kəskin tənqid edərək belə deyib:
"Televiziya xalqındır, heç kimin ata mirası deyil. Təbrizdə və Güney Azərbaycanda fəaliyyət göstərən kanal elə təqdim olunmalıdır ki, həqiqətən xalqa məxsus olduğu hiss edilsin. Xalqın öz dilində, öz mədəniyyətində danışmasına mane olmaq olmaz. Bir vaxtlar gəldilər, Azərbaycana və onun mədəniyyətinə qarşı sözlər dedilər. Axırda nə oldu? Özləri getdilər, amma xalq, mədəniyyət, Azərbaycan və Türk dili qaldı. Azərbaycana qarşı çıxan Ferdosipurlar tarixin zibil qutusuna atıldılar..."
Xatırladaq ki, Təbriz Şəhər Şurasının üzvü Rəsul Bərgi 2025-c ilin noyabrında İran Radiosunun "Sənət Bağı" adlı proqramında "Dədə Qorqud" dastanının Azərbaycanla bağlı olmadığı iddiasını səsləndirən ekspertə də tutarlı cavab vermişdi. O, bu yalanı kəskin tənqid edərək "Savadsız ekspert qoy Azərbaycan tarixini öyrənsin" demişdi...