Krım tatarı olan pedaqoq, naşir və siyasətçi İsmayıl bəy Qaspiralının (1851–1914) vəfatının 112-ci ildönümüdür.

12-09-2026, 09:44           
Krım tatarı olan pedaqoq, naşir və siyasətçi İsmayıl bəy Qaspiralının (1851–1914) vəfatının 112-ci ildönümüdür.
Bu gün türk dünyasının görkəmli mütəfəkkirlərindən biri, əslən Krım tatarı olan pedaqoq, naşir və siyasətçi İsmayıl bəy Qaspiralının (1851–1914) vəfatının 112-ci ildönümüdür. Qaspıralı türk və İslam cəmiyyətlərinin təhsil, mədəniyyət islahatı və müasirləşməyə ehtiyacı olduğunun fərqinə varan ilk müsəlman ziyalılarındandır. Soyadı Krımdakı Qaspra şəhərinin adından götürülmüşdür. Qaspıralı düşüncələrini 1883-cü təsis etdiyi "Tərcüman" adlı qəzeti ilə yaymışdır. Nəşrlərində türk xalqlarını birlik və həmrəyliyə çağırırdı. O, indi də öz aktuallığını qoruyub saxlayan "Dildə, fikirdə, işdə birlik" şüarı ilə türk xalqları arasındakı birliyin əsas istiqamətlərini müəyyənləşdirmişdir. Bununla yanaşı İ.Qaspiralı bir sıra dəyərli bədii əsərlər müəllifidir.
İsmayıl bəy Qaspiralı Azərbaycan ilə də qohumluq əlaqələrinə malik idi. Belə ki, onun qızı Şəfiqə Qaspiralı Azərbaycan Xalq Cümhuriyyətinin Baş Naziri Nəsib bəy Yusifbəylinin həyat yoldaşı idi. Şəfiqə xanımı ictimai xadim və yazar Nəriman Nərimanov da sevirdi, hətta buna görə N.Yusifbəyli ilə duelə də çıxmışdı, Şəfiqə xanım isə Nəsib bəylə ailə qurmağa razılıq vermişdi. Bu izdivacdan Şəfiqə xanımla Nəsib bəyin bir oğlu və bir qızı olur. N.Yusifbəylinin xəyanətini öyrənən Şəfiqə Qaspiralı baş nazir olan həyat yoldaşı Nəsib bəyi bağışlamır və boşanır. Sonralar övladları ilə birlikdə həyatına Türkiyədə davam edir. Şəfiqə Qaspiralı bir daha ailə qurmamış və 1975-ci ildə Türkiyənin İstanbul şəhərində vəfat etmişdir. Hal-hazırda nəticələri və kötükçələri Türkiyədə yaşamaqdadır.
Şəfiqə xanım Türkiyədə yaşadığı dövrdə mənbəyi məlum olmayan yerdən maddi yardım alırdı. Nəriman Nərimanov vəfat etdikdən sonra bu yardım kəsilir. Məhz bu zaman Şəfiqə xanım yardımın N.Nərimanov tərəfindən edildiyini anlayır...
Allah hər birinə rəhmət eləsin!
Leyla Faiqqızı
Filologiya elmləri üzrə fəlsəfə doktoru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]