Türkiyə Rusiya-Ukrayna müharibəsinin həlli üçün danışıqlara ev sahibliyi etməyə hazırdır

11-09-2026, 00:12           
Türkiyə Rusiya-Ukrayna müharibəsinin həlli üçün danışıqlara ev sahibliyi etməyə hazırdır
“Bu mərhələ mümkün qədər tez başa çatması, İstanbulda danışıqlar masası qurularaq nəticə əldə edilməsi zəruridir”.

APA xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Rusiya-Ukrayna müharibəsi ilə bağlı jurnalistlərə açıqlaması zamanı deyib.

“Müharibə gəlib çatdığı mərhələdə uzunmüddətli tükətmə müharibəsinə çevrilib. Müharibənin gedişatını dəyişdirəcək heç bir amil olmasa da, proses taktiki qazanclar üzərindən davam edir. Müharibənin daha geniş bir bölgəyə yayılma ehtimalı ilə bağlı müzakirələrin ortaya çıxması, təəssüf ki, daha ağır silahların istifadəsinə başlanacağından danışılması narahatlıq doğurur”, - Çelik əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]