“Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalan sosial media paylaşımları ilə bağlı araşdırma çərçivəsində saxlanılıb VİDEO

9-09-2026, 09:24           
“Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalan sosial media paylaşımları ilə bağlı araşdırma çərçivəsində saxlanılıb VİDEO
Sosial mediada “Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalan sosial media paylaşımları ilə bağlı araşdırma çərçivəsində saxlanılıb.
Tançalan bir neçə gün əvvəl sosial media fenomeni Çağla Öz ilə Van şəhərində təmtəraqlı toy mərasimi ilə evlənib. İki gün davam edən toyda gəlinə çoxlu sayda qızıl taxılması sosial mediada müzakirə olunub.
Toydan cəmi iki gün sonra Tançalan Vanın Muradiyə rayonundakı evində saxlanılıb.
Toyda nümayiş olunan külli miqdarda qızıllar və Tançalanın əmlakı ilə bağlı da araşdırma aparılır. Qızılların və əmlakın mənbəyinin müəyyənləşdirilməsi üçün Türkiyənin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) tərəfindən araşdırma tələb olunub.
Rəşad Xanməmmədov













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]