İstanbulda 1955-ci il sentyabrın 6-7-də baş verən yunan poqromlarından 71 il ötür.

8-09-2026, 17:24           
İstanbulda 1955-ci il sentyabrın 6-7-də baş verən yunan poqromlarından 71 il ötür.
Bir neçə il öncə, deyəsən, Mehmet Ali Birandın hazırladığı verilişdə bir yunanın xatirələrinə rast gəlmişdim. Deyirdi, türk qonşumuz bizi poqromçulardan gizlətdi, sonra əlinə dəyənək götürdü və poqromçulara qoşularaq başqa yunanları cəzalandırmağa getdi.
İnsan psixologiyasının belə halları var. "Yunanlar ümumən pisdir, amma mənim qonşum Niko, Konstantin və ya Yelena yaxşı yunandır".
Qurtuluş savaşından bir müddət sonra Türkiyə-Yunanıstan münasibətləri heyrətamiz şəkildə yaxşılaşdı. Hətta 1934-cü ildə Yunanıstanın keçmiş baş naziri Elefterios Venizelos Mustafa Kamal Atatürkü Nobel sülh mükafatına namizədliyini irəli sürdü.
İkinci dünya müharibəsi zamanı alman işğalı nəticəsində Yunanıstanda "Böyük aclıq" başlayanda Türkiyə qonşu ölkəyə dəfələrlə humanitar yardım göstərdi.
Sanki bu ölkələr Atatürkün dediyi kimi "üzücü maziyi ebediyen" qapatmışdılar. Amma 1950-ci illərdə Kiprdə "enosiz" (Yunanıstana birləşmə) hərəkatının başlaması münasibətləri yenidən pisləşdirdi.
Lozanna müqaviləsinə görə baş verən "əhali mübadiləsi" İstanbul yanunlarına və Qərbi Frakiya türklərinə aid edilmirdi. Kipr hadisələri və 6-7 sentyabr poqromları ilə türk-yunan münasibətlərinin kəskinləşməsi 100 minə qədər yunanı tarixi şəhərlərindən köçməsinə səbəb oldu. Hazırda İstanbulda 2-2,5 min yunan mənşəli insanın yaşadığı təxmin edilir.
Poqrom haqqında daha ətraflı məlumat istəyirsinizsə, məqaləmi gözləyin.
Yadigar Sadıqlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]