Türkiyədə meyvə şirələrində şəkərəvəzləyiciləri tam qadağan olunur

4-09-2026, 12:44           
Türkiyədə meyvə şirələrində şəkərəvəzləyiciləri tam qadağan olunur
Türkiyədə qablaşdırılmış meyvə şirələrində şəkəri əvəz etmək üçün süni şəkərəvəzləyicilərdən istifadəyə tam qadağa qoyulması, nektarlarda isə şəkərəvəzləyicilərdən yalnız müəyyən şərtlər daxilində istifadə edilməsi planlaşdırılır.

Təşəbbüs Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə məxsusdur. Qurum milli standartlar sistemini Avropa İttifaqının normalarına uyğunlaşdırmağa çalışır.

Təklifin yaxın vaxtlarda qəbul ediləcəyi təqdirdə, konsentrat, püre və ya toz şəklində olan bütün meyvə şirələrində şəkərəvəzləyicilərdən istifadə tamamilə aradan qaldırılacaq.

Bununla yanaşı, nektar istehsalçıları daha geniş imkanlar əldə edəcəklər. Belə ki, az kalorili meyvə nektarlarında şəkərin müəyyən hissəsini dadlandırıcılarla əvəz etmək mümkün olacaq.

Təkliflərdə təbii şəkərin miqdarı azaldılmış məhsullara da ayrıca yer verilir. Yeni təkliflərə əsasən, Türkiyədə təbii şəkərin miqdarı ən azı 30 faiz azaldılmış yeni nəsil meyvə şirələrinin istehsalına və satışına icazə veriləcək.

Mütəxəssislərin məlumatına görə, Türkiyədə hər il adambaşına 10 litr meyvə şirəsi istehlak olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]