MİXİ YAZININ DA, ETRUSKUN DA BİZİM OLDUĞUNU UNUTDUĞUMUZA, YƏNİ YADDAŞIMIZIN AMNEZİYAYA UĞRADIĞINA MÜASİR DÖVRÜN BİR MİSALI
8-09-2026, 07:14

1935-ci ilə qədər Qərbi Azərbaycanın DƏRƏLƏYƏZ mahalında "İTQIRAN" adlı kənd olub. Orada yaşayan azərbaycanlılar dövlət adamlarına şikayət edirlər ki, bəs bizim şənimizə yaraşmır, dədə, bizi "İT QIRAN" kimi çağırıb gülələ üstümüzə. Dəy lap biabır oldux mahalda. Bu rüsvayçlığa son qoyulmalıdır.
Özü də ki, gülənlər bir hey ətrafımızda artıb çoxalan dığalardı haxçiylərdi*.
Bu adı dəyişdirin !
Və "ağıl sahiblərimiz" məmurlar razılıq verirlər. Bir gün irayon sahibi atı üstə gəlib kənd camaatını köhnə məscid zalına - müasir kluba yığıb iclas keçirir və camaata ayıb sayılan "İTQIARN" adını dəyişməliyik deyir. Və elan edir ki. yuxarıdan göstəriş gəlib ki, kəndə "Güllər bağı", "Qızılgül bağı", ya məcazi deyimdə "Cənnət" mənalarını verən gözəl "GÜLÜSTAN" adı ilə dəyişək. Kim razıdır, əl qaldırsın.
Amneziyaya tutulmuşların hamısı sevinclə əl qaldırıb, kəndlərinin qədimlər qədimi adını dəyişirlər.
Yunlu papaxların da atıb-tutub, sevinclə dağılışırlar.
Sən demə İTQIRAN öz babalarının ən azı 3 min il ondan qabaq dünyanın u başından köçlə gətirdikləri dədə-baba yurdlarının köhnə adıdır, gəlib Dərə Ləyəzdə köç salıblar, köhnə Vətənlərini unutmasınlar deyə, ETE adını yeni məskənə veriblər. Amma ETE də elə öz dillərində tədricən İT`ə çevrilirb. Kəndə babaları:
ETEKURAN - ETE TİKƏN, ETE İNŞA EDƏN KƏND deyibmiş türkücə.
ETE - Kilikiya dənizi sahillərində indi HATAY adlanan qədim elin adıdır - İtaliyaya gedənləri olublar ETE TÜRKLƏR > ETRUSKLAR;
Qərbi Azərbaycana gələnləri ETE adlarına türkcə KURAN-İNŞA EDƏN, yəni, və həm də ETENİN yaratdığı KURA - kənd sözünü əlavə edib, rahat oturublar (Xəritəyə bax).
Ancaq amneziya (yaddaşı itirmə) də düzələn sayru (xəstəlik) deyil haa.
_______________________________
*Elə onlar da ETE ELİ adamlarının yaddaşsızlığından istifadə edib 1988-də hamısını oradan çıxardılar.
Tariyel Azerturk

