Miralay Rəşad bəyin xatirəsini 100 ildən sonra da böyük sevgi və sayğıyla anırıq
8-09-2026, 08:14
Sizə möhtəşəm hekayə danışacağam. Bəlkə də çoxunuz bu hekayəni bilirsiniz, lakin bilməyənlər üçün faydalı olar deyə yazıram. Çiğiltəpənin əfsanəvi komandiri Miralay Rəşat bəy. Avqustun 26-da başlayan Türk Ordusunun hücumu ilə Kalecik Sivrisi, Toklutəpə, Tınaztəpə, Belentəpə, Kurtkayatəpə və Ərkməntəpə kimi strateji təpələr ələ keçirilir. Lakin 57-ci alay Çiğiltəpəni ala bilmir. Bu gecikmə ilə bağlı Miralay Rəşad bəy ilə Mustafa Kamal Atatürk arasında telefon danışığı olur. “Niyə həfədi əldə etmək mümkün olmur?” "Yarım saata hədəfi əldə edəcəyəm, paşam" deyə Miralay Rəşad bəy Mustafa Kamal Atatürkə söz verir. Yarım saatdan sonra Miralay Rəşad bəydən cavab gəlmir. Məlum olur ki, yarım saata yüksəkliyi ala bilməyən Miralay Rəşad bəy verdiyi sözü tutmadığı üçün öz tapancası ilə intihar edir. Hərb tarixçilərin dediyinə görə isə Miralay Rəşad bəyi intiharından on beş dəqiqə sonra Türk ordusu Çiğiltəpəni yunanlardan azad edir. Bax belə bir kişilik, söz, vəd və döyüş hekayəsi... Miralay Rəşad bəyin xatirəsini 100 ildən sonra da böyük sevgi və sayğıyla anırıq. Кюбра Магеррамова