Türkiyədə güclü meşə yanğını: Turizm bölgəsi və evlər təhlükə altında - VİDEO

29-08-2026, 09:08           
Türkiyədə güclü meşə yanğını: Turizm bölgəsi və evlər təhlükə altında - VİDEO
Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda turizm bölgəsinin yaxınlığında güclü meşə yanğını baş verib.

"Haberler" nəşri xəbər verir ki, güclü külək səbəbindən alov qısa müddətdə geniş əraziyə yayılıb və yaşayış evləri ilə turizm zonasına yaxınlaşıb.

Hadisə yerinə çoxsaylı meşə yanğınlarının söndürülməsi üzrə qruplar və yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğına həm qurudan, həm də havadan müdaxilə edilir.

Yanğın təhlükəsi ilə əlaqədar ətraf ərazidə yerləşən bəzi evlərin sakinləri, o cümlədən qocalar evinin sakinləri təxliyə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]