Başını verdi, qanunu pozmadı
2-09-2026, 15:14

Osmanlı tarixindən qəribə bir hadisə danışılır.
Sultan I Mehmed gecə vaxtı dövlətə məxsus torpaq dəftərlərinin saraya gətirilməsini əmr edir.
Defter Emini Server Efendi əmri yerinə yetirmir.
Səbəb sadədir:
Qanuna görə həmin dəftərləri gecə Defterhanədən çıxarmaq olmazdı.
Təsəvvür edin — qarşısındakı adi məmur deyil, sultandır. Bir sözü ilə insanı edam etdirə bilən hökmdar.
Amma Server Efendi deyir:
Qayda buna icazə vermir.
Sultan qəzəblənir və onun edamını əmr edir.
Səhər məsələni araşdıranda məlum olur ki, Server Efendi haqlıdır. Sultan dərhal ikinci fərmanı verir:
Edam dayandırılsın!
Amma gec idi.
Server Efendi artıq öldürülmüşdü.
Bu hadisədən əsrlər keçib, amma onun içində böyük bir dövlət fəlsəfəsi yaşayır:
Dövlət o zaman dövlət olur ki, məmur hökmdardan deyil, qanunu pozmaqdan qorxur.
Server Efendi həyatını itirdi.
Amma bir şeyi sübut etdi:
Qanun hökmdarın əmri ilə dəyişirsə, onun adı qanun deyil.
Elbeyi Hesenli

