"Süleymançılar" qruplaşmasının rəhbərinə qarşı NƏHƏNG MALİYYƏ ƏMƏLİYYATI!

15-08-2026, 09:08           
"Süleymançılar" qruplaşmasının rəhbərinə qarşı NƏHƏNG MALİYYƏ ƏMƏLİYYATI!
Ankara Baş Prokurorluğu tərəfindən Süleymançılar qruplaşmasının rəhbəri Alihan Kuriş və onunla əlaqəli şəxslərə qarşı genişmiqyaslı maliyyə əməliyyatı başladılıb.


32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstintaq çərçivəsində aralarında təşkilat rəhbərlərinin də olduğu 49 şübhəli haqqında həbs qərarı verilib və 17 vilayətdə yerləşən 123 ünvanda, o cümlədən 43 yaşayış ünvanı ilə 33 şirkətə aid 80 məkanda axtarışlar aparılıb. Keçirilən əməliyyat nəticəsində Alihan Kuriş daxil olmaqla 30 nəfər saxlanılıb, digər şübhəlilərin axtarışı isə davam edir. Axtarışlar zamanı şübhəlilərin ev və obyektlərindən 20 ədəd lisenziyasız silah və böyük məbləğdə xarici valyuta ələ keçirilib.

Prokurorluq vurğulayır ki, bu soruşdurma hər hansı sosyal və ya dini fəaliyyəti deyil, birbaşa iyerarxik və iqtisadi mənfəət güdən cinayət qruplaşmasını hədəf alır. İş üzrə irəli sürülən ittihamlar arasında korrupsiya, çirkli pulların yuyulması, yüksək kapitallı şirkətlər üzərindən qeyri-adi nağd pul dövriyyəsinin yaradılması və milyardlarla lirəlik ticarət həcmində qanunsuzluqlar yer alır. Eyni zamanda, bəzi şirkətlərin kapital strukturu ilə pul hərəkətləri arasında şübhəli əlaqələrin olduğu müəyyən edilib.

Maliyyə Cinayətlərini Araşdırma Şurasının (MASAK) təhlillərinə əsasən, qruplaşma ilə əlaqəli şəxs və şirkətlər vasitəsilə 100 milyard lirədən çox vəsaitin xaricə çıxarıldığı, bu pul transferləri arasında İsrail bağlantılı hərəkətlərin də olduğu iddiaları araşdırılır. Cinayətdən əldə edilən gəlirlərin qorunması və dövlətə dəyən ziyanın qarşısının alınması məqsədilə qruplaşmaya aid şirkət və mal varlıqlarına əl qoyulub. İstintaq orqanları xüsusi olaraq bildirir ki, dini xidmət göstərən heç bir dərnək və ya quruma qarşı əməliyyat aparılmayıb, proses yalnız maliyyə dəlillərinin, bank əməliyyatlarının və rəsmi sənədlərin yoxlanılması istiqamətində davam etdirilir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]