91 millət vəkili istefa verdi – CHP-də nə baş verir?

24-07-2026, 16:28           
91 millət vəkili istefa verdi – CHP-də nə baş verir?
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Özgür Özel və onu dəstəkləyən 91 millət vəkili partiyadan istefa verib.

Tribuna.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Özgür Özel istefasını Türkiyə Böyük Millət Məclisində keçirdiyi mətbuat konfransında açıqlayıb.

Bildirilib ki, istefa verən 91 deputat yeni siyasi partiyanın təsisçiləri sırasında yer alacaq.

Özel yeni partiyanın texniki qeydiyyatının millət vəkillərinin iştirakı ilə həyata keçirildiyini, siyasi fəaliyyətə isə avqust-sentyabr aylarında rəsmi start veriləcəyini açıqlayıb.

Qeyd edək ki, son günlər Özgür Özelin yeni siyasi partiya yaradacağını açıqlamasından sonra CHP-də istefalar dalğası müşahidə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]