Ərdoğan Davudoğlu ilə salamlaşmadı

11-03-2020, 00:00           
Ərdoğan Davudoğlu ilə salamlaşmadı
Keçmiş nazir Şövkət Kazanın dəfn mərasiminə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabiq baş nazir, Gələcək Partiyasının rəhbəri Əhməd Davudoğlu ilə salamlaşmayıb.

Miq.Az xəbər verir ki, mərasim keçirildiyi əraziyə gələn Ərdoğan koronavirus təhlükəsi səbəbindən heç kimlə əl sıxışmayıb.

Bu məqamda prezident sələfi Abdullah Güllə baş işarəsi ilə salamlaşıb.

Türk liderin Davudoğlu ilə salamlaşmaması diqqətlərdən yayınmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]