Ərdoğan Kılıçdaroğlunun vurulması haqqında: Getməzdən əvvəl soruşmalıydı

23-04-2019, 17:22           
Ərdoğan Kılıçdaroğlunun vurulması haqqında: Getməzdən əvvəl soruşmalıydı
Şəhidlərin cənazə mərasimlərinə gedəndə diqqətli olmalıyıq.

Yeniavaz.com NTV telekanalına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun şəhid cənazəsində hücuma məruz qalmasına münasibət bildirərkən deyib.

O bildirib: "Şəhidin kimlər tərəfindən öldürüldüyü məlumdur. PKK ilə hansı siyasi təşkilatın əl-ələ, qol-qola gəzdiyi və Türkiyədə hansı siyasi partiyalarla qol-qola verdikləri də bəllidir. Sonra da ora gedirlər. Burada artıq qaz sıxışması var. Bu insanların toplanmış qaz sıxışması qarşısında hara gedəcəksən, bunların hamısını ətraflı incələmək lazımdır, bunların üzərində düşünmək lazım deyilmi?".

R.T. Ərdoğan hesab edir ki, bunları istismar halına çevirməyin mənası yoxdur: "Bu məsələlərdə çox diqqətli olmalıyıq. Mən belə, bir Prezident kimi şəhid evini ziyarət etməzdən əvvəl soruşuram. Getməyim oranı narahat edəcəkmi? Əgər edəcəksə, getmirəm deyərəm. Evimdə şəhid üçün dua edərəm, məsələ bu qədər sadədir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]