Çayı düzgün içməsəniz xəstələnə bilərsiniz

26-06-2025, 16:58           
Çayı düzgün içməsəniz xəstələnə bilərsiniz
Azərbaycanda bir çox insan səhər yuxudan oyanan kimi ilk işi çay içmək olur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, əvvəlki günün dəmli çayını təkrar qızdırıb içmək sağlamlıq üçün təhlükəli ola bilər.Alimlərin sözlərinə görə çay dəmləndikdən sonra 30-45 dəqiqə ərzində içilməzsə, həm dadını, həm də qida dəyərini itirir. Çay uzun müddət otaq temperaturunda və ya ocağın üstündə qaldıqda tərkibindəki faydalı maddələr oksidləşir, bu isə dadın dəyişməsi ilə yanaşı, zərərli birləşmələrin yaranmasına gətirib çıxarır.Ən təhlükəlisi isə çayda nitrit adlı toksik maddələrin formalaşmasıdır. Bu maddələr orqanizmdə mədə problemləri, immunitetin zəifləməsi və hətta bəzi xroniki xəstəliklərə səbəb ola bilər. Yay aylarında isə açıqda qalan çay bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır.Mütəxəssislər bildirir ki, çayı dəmlədikdən sonra bir saat ərzində içmək məsləhətdir. Gecədən qalan çayı içmək əvəzinə hər dəfə təzə dəm hazırlamaq daha faydalıdır.Qənaət məqsədilə edilən bu vərdiş uzun müddətdə sağlamlığa ciddi ziyan verə bilər. Həkimlər təzə dəm çayın həm daha faydalı, həm də dad baxımından üstün olduğunu bildirirlər (milli.az).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]