Yük avtomobillərinin sürücüləri kütləvi şəkildə cərimələnirlər - ŞİKAYƏT/VİDEO

25-06-2025, 12:48           
Yük avtomobillərinin sürücüləri kütləvi şəkildə cərimələnirlər - ŞİKAYƏT/VİDEO
Yük avtomobilləri sürücülərinin bəzilərinə 600, bəzilərinə 1 200 manat cərimə yazılıb.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, çoxtonnajlı yük avtomobillərinin sürücüləri olan bir qrup şəxs əsassız yerə cərimə olunduqlarını iddia edir.

Yüksək məbləğə etiraz edən sürücülər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qarşısına toplaşıblar.

İmişli sakinləri olan sürücülər özlərinə məxsus yük avtomobilləri ilə ölkənin müxtəlif istiqamətlərinə mişardaşı, qum və çınqıl daşıyırlar.

Onlar deyirlər ki, tələb olunan maksimal yükə əməl edərək yola çıxırlar. Belə olan halda sürücülər çıxılmaz vəziyyətdə qaldıqlarını bildirirlər.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]