AZAL-ın təyyarə qəzasında sağ qalan bələdçilər Çeçenistanın ali mükafatına təqdim olunublar

28-02-2025, 00:13           
AZAL-ın təyyarə qəzasında sağ qalan bələdçilər Çeçenistanın ali mükafatına təqdim olunublar
Qəzaya uğrayan AZAL təyyarəsinin sağ qalan bələdçilər "Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə" mükafatına təqdim olunublar.
APA xəbər verir ki, bu barədə Çeçenistanın prezidenti Ramazan Kadirov deyib.

Qeyd edək ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Qazaxıstan tərəfinin açıqladığı ilkin hesabatda təyyarənin Qroznı səmasında hava hücumundan müdafiə qüvvələri tərəfindən açılan atəş nəticəsində aldığı zədələrdən sonra idarəetmədən çıxdığı açıqlansa da, Rusiya tərəfi indiyədək günahını etiraf etməyib.

Moskva təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycanın tələblərini də yerinə yetirmək istəmir.

Azərbaycan Rusiyadan baş vermiş hadisəyə görə üzr istənilməsini, günahkarların cəzalandırılmasını və təzminat tələb edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]