30 ildən çoxdur ki, İMO-da iştirak etməyimizə baxmayaraq qızıl medal qazana bilməmişik

6-07-2024, 12:08           
30 ildən çoxdur ki, İMO-da   iştirak etməyimizə baxmayaraq qızıl medal qazana bilməmişik
Nazir Emin Əmrullayev :
Müxtəlif səviyyəli beynəlxalq olimpiadalarda son zamanlar xeyli uğurlarımız olsa da Beynəlxalq Riyaziyyat Olimpiadasında (İMO) və Beynəlxalq İnformatika Olimpiadasında(İOİ) indiyədək qızıl medal qazana bilməməyimiz düşündürücüdür.
Nazir doğru qeyd edir.
Bu olimpiadalarda rəqabət hədsiz güclüdür. Açıq demək lazım ki, regional və digər olimpiadalarda Rusiyanın iştirak edə bilməməsi də son dövrlərdə rəqabəti azaldıb.
Amma İMO-da vəziyyət başqadır. 30 ildən çoxdur ki, İMO-da iştirak etməyimizə baxmayaraq qızıl medal qazana bilməmişik.
Görək ilk dəfə kim qazana biləcək bu qızıl medalı ?
Emin müəllim ümid edir ki, bəlkə də bu zalda iştirak edənlərdən kimsə bu qızılı ilk dəfə ölkəyə gətirə biləcək.
Ümid edək.
Osman Gunduz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]