“Microsoft” öz prosessorlarını yaradır

3-05-2023, 11:38           
“Microsoft” öz prosessorlarını yaradır
“Microsoft” öz prosessorlarını yaratmağı planlaşdırıb.

ABŞ şirkəti yarımkeçirici avadanlıqlar sahəsində mütəxəssisləri işə götürməyə başlayıb. Həmçinin “Microsoft” saytında kompüterlər üçün ARM çiplərini hazırlayacaq mühəndislər üçün vakansiyalar var.

İnsayderlərin fikrincə, İT nəhəngi 2020-ci ildən öz prosessorları əsasında kompüterlər istehsal edən “Apple” ilə rəqabət aparmaq niyyətindədir. Eyni zamanda, yeni çiplər yeni nəsil əməliyyat sistemi “Windows 12” ilə işləmək üçün uyğunlaşdırılacaq.

Qeyd olunur ki, bu yeni çipləri qarşıdan gələn “Windows 12” əməliyyat sistemi ilə birləşdirmək “Microsoft” cihazlarının performansını və səmərəliliyini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. İlk prosessorların 2024-cü ilin sonunda təqdim olunacağı bildirilir. Eyni zamanda, “Microsoft” kompüterlər üçün əməliyyat sisteminin yeni nəslini elan etməlidir.

Mənbə: Windows Latest












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]